BAKI, 18 oktyabr — Sputnik. Bu gün səhərə olan məlumata görə, COP-la əlaqədar 28 min qonaq qeydiyyatdan keçib. Sputnik Azərbaycan-ın APA-a istinadən xəbərinə görə, bunu COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Çarçalova bildirib.
Baş icraçı deyib ki, bunların 2700-ə qədəri media nümayəndələridir: "Digərləri isə QHT-lər, müşahidəçi təşkilatların üzvləri, rəsmi nümayəndə heyətləri və digərləridir".
COP29 dönəmində qonaqlar, o cümlədən akkreditasiyadan keçən yerli vətəndaşlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcək. Bu barədə isə COP29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu bildirib. O qeyd edib ki, bunun üçün akkreditasiya kartını təqdim etmək yetərli olacaq: "Bura avtobus, metro və dəmir yolu nəqliyyatı daxildir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.