BAKI, 16 oktyabr — Sputnik. Çinin "United Aircraft Group" şirkəti unikal pilotsuz uçuş aparatı (PUA) hazırlayıb. "Sinxua" agentliyi xəbər verir ki, çəkisi 6 ton olan bu PUA 2 tona qədər yükdaşıma qabiliyyətinə malikdir və həm pilotsuz, həm də pilotsuz rejimdə idarə oluna bilər.
"Lanying R6000" adlı PUA eyni zamanda, 10 sərnişin tutumuna malikdir, onun maksimal uçuş məsafəsi 4000 kilometr, sürəti isə saatda 550 kilometrdir. PUA 7620 metr hündürlükdə uça bilir.
2024-cü ilin yayında PUA-nın ilk sınaqları uğurla keçirilib və 20 dəqiqəlik uçuş zamanı bütün sistemlərin qüsursuz işləməsi nümayiş etdirilib.
"Lanying R6000" şaquli şəkildə qalxmaq və enmək, eləcə də havada uçmaq qabiliyyəti ilə seçilir. Konstruktorlar bu PUA-nın nəqliyyat, logistika və hərbi sektorlarda, o cümlədən müdafiə və axtarış-xilasetmə əməliyyatlarında istifadəsinin geniş perspektivlərini görürlər.
Bu hava-nəqliyyat vasitəsinin inşası on ildən çox çəkib. Mürəkkəb PUA-nın kütləvi istehsalını təşkil etmək üçün 200-dən çox müəssisə səylərini birləşdirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.