BAKI, 15 oktyabr — Sputnik. Rusiya XİN-in müavinləri Sergey Verşinin və Aleksandr Qruşko Moskvada Türkiyə xarici işlər nazirinin müavini Mehmet Bozay ilə Qəzza və Livanda vəziyyətin gərginləşməsini müzakirə ediblər. Bu barədə Rusiya xarici işlər nazirliyi məlumat yayıb.
"Xüsusi diqqət Qəzza zolağında və Livanda zorakılığın artmasına, o cümlədən Qara dəniz hövzəsindəki vəziyyət də daxil olmaqla qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsinə diqqət yetirilməklə, Yaxın Şərqdəki vəziyyətə yönəldilib" - Rusiya XİN-in məlumatında deyilir.
Diplomatlar Balkanlardakı vəziyyəti dəyərləndirdiklərini və bölgədə sülhün təmin olunması üçün işlərin görülməsinin vacibliyini vurğulayıblar. Tərəflər iqtisadiyyat və energetika sahəsində layihələrin icrasını, həmçinin ən yüksək vsəviyyələrdə təmasların qrafikini müzakirə ediblər..
Oktyabrın 1-dən İsrail Livanın cənubunda Hizbullah qüvvələrinə qarşı quru əməliyyatı keçirir və qonşu ölkənin havadan bombardmanlarını davam etdirir, burada artıq şiə hərəkatının liderləri də daxil olmaqla 2,3 mindən çox insan həlak olub, bir milyondan çox insan isə qaçqına çevrilib. İtkilərə baxmayaraq, Hizbullah quru döyüşləri aparır və İsrail ərazisinə raket hücumlarını dayandırmır.
İsrailin hərbi kampaniyasının əsas məqsədi Fələstinin HƏMAS hərəkatına dəstək olaraq bir il əvvəl Hizbullah tərəfindən atılan mərmilərə görə təxliyə edilmiş 60 min şimal sakininin geri qayıtması üçün şərait yaratmaqdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.