DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsmayıl Qaani Qərb mediasının məlumatlarını yalan çıxardı

Qaani sentyabrın sonunda İsrailin Beyruta endirdiyi hava hücumunda öldürülən SEPAH general-mayoru Abbas Nilforuşanın cənazəsinin İrana qaytarılması mərasimində iştirak edib.
Sputnik
BAKI, 15 oktyabr — Sputnik. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölməsi) tərkibində Əl-Qüds xüsusi təyinatlılarının komandanı, briqada generalı İsmayıl Qaani ilk dəfə ictimaiyyət qarşısına çıxıb və bununla da Qərb mediasının ölümü bağlı yaydığı xəbərləri təkzib edib.
Qaani sentyabrın sonunda İsrailin Beyruta endirdiyi hava hücumunda öldürülən SEPAH general-mayoru Abbas Nilforuşanın cənazəsinin İrana qaytarılması mərasimində iştirak edib.
Daha əvvəl Qərb mediası adı açıqlanmayan iki yüksək vəzifəli İran rəsmisinə istinadən bildirmişdi ki, İsrailin sentyabrın sonunda Beyruta endirdiyi zərbələrdən sonra İsmayıl Qaani ilə heç bir əlaqəsi olmayıb. Öz növbəsində, Əl-Qüds Qüvvələrinin rəis müavini İrəc Məscidi bildirib ki, Qaaninin səhhəti yaxşıdır və SEPAH onun səhhəti ilə bağlı açıqlama yaymaq niyyətində deyil.
Oktyabrın 1-dən İsrail Livanın cənubunda Hizbullah qüvvələrinə qarşı quru əməliyyatı keçirir və qonşu ölkənin havadan bombardmanlarını davam etdirir, burada artıq iki mindən çox adam ölüb. İtkilərə baxmayaraq, Hizbullah quru döyüşləri aparır və İsrail ərazisinə raket hücumlarını dayandırmır.
İsraildəki hərbi kampaniyanın əsas məqsədi Fələstinin HƏMAS hərəkatına dəstək olaraq bir il əvvəl Hizbullah tərəfindən atılan mərmilərə görə təxliyə edilmiş 60 min şimal sakininin geri qayıtması üçün şərait yaratmaqdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.