DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fars körfəzi ölkələri Aİ-nin Rusiya əleyhinə mövqeyini dəstəkləməkdən imtina ediblər

Fars körfəzi ölkələrinin nümayəndələri Avropa İttifaqının tələblərini yerinə yetirmək əvəzinə, Ukrayna münaqişəsinin bütün tərəflərini müharibə bölgəsinə silah tədarükünü dayandırmağa çağırmağa üstünlük verəcəklərini bildiriblər.
Sputnik
BAKI, 15 oktyabr — Sputnik. Fars körfəzi ölkələri blokun və Fars körfəzi Əməkdaşlıq Şurasının birinci sammiti ərəfəsində Avropa İttifaqının anti-Rusiya mövqeyini dəstəkləməkdən və Moskvaya sanksiya təzyiqlərini artırmaqdan imtina ediblər.
"Politico" qəzeti bu barədə tədbir iştirakçılarının bəyanat layihəsinə istinadən xəbər verib.
Sənəddə göründüyü kimi, Fars körfəzi ölkələri Aİ-nin Rusiyaya maddi yardımın dayandırılması zərurəti ilə bağlı təklif etdiyi bənddən, həmçinin İranı guya Moskvanı raket və PUA-larla təchiz etdiyinə görə qınamaqdan imtina etmək qərarına gəliblər. Qeyd olunub ki, onlar, həmçinin Ukraynaya dəstək məqsədi ilə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinin vacibliyi ilə bağlı bəndi dəstəkləməyiblər.
Bildirilib ki, Fars körfəzi ölkələrinin nümayəndələri Avropa İttifaqının tələblərini yerinə yetirmək əvəzinə, Ukrayna münaqişəsinin bütün tərəflərini müharibə bölgəsinə silah tədarükünü dayandırmağa çağırmağa üstünlük verəcəklərini bildiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.