Hərbi ekspert Ədalət Verdiyev hesab edir ki, Ermənistanın NATO-ya arxalanaraq Azərbaycanla hərbi toqquşmaya getməsi Paşinyan hakimiyyətinin növbəti avantürası olacaq. Ekspert hesab edir ki, hazırki şəraitdə NATO-nun Ermənistana dəstəyi yalnız bəyanatlar formasında ola bilər: "Ermənistan bu gün qlobal güclərin toqquşma meydanına çevrilib. Bu ölkədə KTMT-nin üzvüdür. Eyni zamanda Fransanın, ABŞ-ın, indi də NATO-nun birbaşa hərbi gücündən yararlanmağa çalışır. Ermənistan hakimiyyəti ölkəni hərbi plasdarma çevirib. Azərbaycanı kənara qoysaq bu Ermənistanın bir ölkə kimi gələcəyini sual qoyur".
Millət vəkili Fazil Musatafa isə bildirir ki, Ermənistanın NATO-ya güvənib belə xəyallara düşməsi korafəhmlikdir: "Bizim əsas müttəfiqimiz Türkiyə NATO ölkələrindən biridir. Digər tərəfdən bölgənin digər aparıcı ölkələri, Rusiya və İran NATO-ya əks qütbdə dayanırlar. Belə olduğu halda Ermənistanın bundan fayda götürəcəyini yox, ziyan çəkməsi daha çox reallıqdır".