CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 13 oktyabr – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 13 oktyabr — Sputnik. Oktyabrın 13-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Oktyabrın 13-də kimlər anadan olub?
Kornel Uayld (1912-1989) - ABŞ aktyoru və rejissorudur. O, "Yol kənarı müəssisə", "Nokaut", "Qismətdən qaçmaq olmur" və s. filmlərdə rol alıb.
Marqaret Tetçer (1925-2013) – İngiltərə dövlət və siyasət xadimi, Böyük Britaniyanın Baş naziridir (1979-1990). O, bu vəzifəni tutan və Avropa dövlətinin Baş naziri olan ilk qadındır.
Marqaret Tetçer
Saveli Kramarov (1934-1995) - Sovet və ABŞ kino aktyoru, RSFSR-in əməkdar artistidir. O, "Bizim məhlənin oğlanları", "Bəxt cənabları", "Ola bilməz" və s. filmlərdə bir çox obrazları canlandırıb.
Saveli Kramarov
Leonid Nevedomski (1939-2018) - Sovet və Rusiya teatr və kino aktyoru, RF xalq artistidir. O, "Ay yolu", "Evimiz buradadır" və s. filmlərdə rol alıb.
Leonid Nevedomski
13 oktyabr tarixində dünyada baş verən tarixi hadisələr
1837-ci ildə Əlcəzairin fəthi zamanı fransızlar Konstantin şəhərini ələ keçiriblər.
1884-cü ildə Vaşinqtonda keçirilən Beynəlxalq Konfransda Qrinviçin sıfır meridianın yeri kimi təsdiqləndiyi bir qətnamə qəbul edilib. O vaxtdan bəri Qrinviç (sıfır) meridianının yerli orta günəş vaxtı ümumdünya vaxt adlanır.
1923-cü ildə Türkiyənin paytaxtı İstanbuldan Ankaraya köçürülüb.
1989-cu ildə BMT Baş Assambleyası 13 oktyabr tarixini Beynəlxalq Fəlakət Riskinin Azaldılması Günü elan edib.