DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukrayna Qərb silahlarının sınaq meydanıdır

Daha əvvəl Popov Rusiyanın Su-35 qırıcılarının döyüş gücünə görə Mirage 2000-dən əhəmiyyətli dərəcədə üstün olduğunu bildirib.
Sputnik
BAKI, 10 oktyabr — Sputnik. Ukrayna Qərbin Ukrayna ordusuna verdiyi silahların sınaq meydançasıdır.
Bu barədə Rusiya Federasiyasının əməkdar hərbi pilotu, general-mayor Vladimir Popov Fransanın "Mirage 2000" qırıcılarının Kiyevə çatdırılmasının elan edilməsini şərh edərkən bildirib.
"Toqquşmalarda, yeni müharibə teatrında daim nəyisə yoxlayırlar. Ukrayna Qərb ölkələri üçün sınaq meydanıdır. Təyyarələrində daha sonra nə edəcəklərinə əmin olmaq üçün bir məşq meydançası. Bunlar, sadəcə üzərində təcrübələr apardıqları meymunlardır – vəssalam. Onlara texnikanı verirlər, sonra müşahidə edirlər. Eyni zamanda, onlar nə öz kadrlarını, nə də nüfuzlarını itirmirlər və bu, onlar üçün mənəvi və psixoloji cəhətdən daha asan başa gəlir" - general nəşrin jurnalistinə bildirib.
Daha əvvəl Popov Rusiyanın Su-35 qırıcılarının döyüş gücünə görə Mirage 2000-dən əhəmiyyətli dərəcədə üstün olduğunu bildirib. Eyni zamanda o, əlavə edib ki, fransız qırıcıları ABŞ F-16-dan daha güclüdürlər.
General bildirib ki, ukraynalı pilotların "Mirage 2000" təyyarəsini idarə etmək üçün hazırlanması ən azı 6-8 ay çəkəcək. O, həmçinin qeyd edib ki, təyyarələrin tədarükü heç bir şəkildə döyüş bölgəsindəki vəziyyətə təsir göstərməyəcək.
Onun sözlərinə görə, fransalı qırıcıların onlara veriləcəyi təqdirdə Ukrayna qoşunları problem yaşayacaq. Bundan əlavə, Popov bəyan edib ki, Paris təlimatçılar adı altında "Miraj"ı idarə etmək üçün öz pilotlarını Ukraynaya göndərə bilər.
Bundan əvvəl Fransanın müdafiə naziri Sebastyan Lekornyu bildirmişdi ki, Paris Kiyevi yeni hava-yer silahları ilə təchiz ediləcək "Mirage 2000" qırıcıları ilə təmin edəcək. O, təyyarələrin gələn ilin yanvar-mart aylarında təhvil veriləcəyinə dəqiqlik gətirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!