DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran parlamentariləri Ali Milli Təhlükəsizlik Şurasına müraciət ünvanladı

Son illər İranın nüvə proqramını öz təhlükəsizliyinə ciddi təhdid hesab edən İsrailin daimi təhdidləri fonunda vəziyyət daha da pisləşib.
Sputnik
BAKI, 9 oktyabr — Sputnik. İran parlamentinin 39 nəfərdən ibarət deputat qrupu İranın Ali Milli Təhlükəsizlik Şurasını nüvə silahının hazırlanmasına icazə verməyə çağırıb. Bu barədə müraciətin təşəbbüskarı, deputat Həsənəli Exlaki Əmiri məlumat verib.
"İranın nüvə silahı sahəsində müdafiə siyasətinə yenidən baxılmasını tələb edən məktub Ali Milli Təhlükəsizlik Şurasına göndərilib və bu məktub artıq 39 deputat tərəfindən imzalanıb", - Exlaki Amiri bildirib.
İran uzun müddətdir ki, nüvə proqramının sülhməramlı xarakterini qoruyur və onun məqsədinin enerji və tibbi texnologiyaların inkişaf etdirilməsi olduğunu iddia edir. İran və dünya gücləri arasında 2015-ci il nüvə sazişinə (Birgə Hərtərəfli Fəaliyyət Planı, JCPOA) əsasən, Tehran sanksiyaların ləğvi müqabilində nüvə fəaliyyətlərini əhəmiyyətli dərəcədə məhdudlaşdıracağına söz verib. Lakin 2018-ci ildə ABŞ-ın sazişdən çıxmasından və sanksiyaların bərpasından sonra İran öz öhdəliklərinə əməl etməyi tədricən azaldıb.
Son illər İranın nüvə proqramını öz təhlükəsizliyinə ciddi təhdid hesab edən İsrailin daimi təhdidləri fonunda vəziyyət daha da pisləşib. İsrail İranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün hərbi tədbirlər görməyə hazır olduğunu açıq şəkildə bəyan edib.