İQTİSADİYYAT

Məşhur şirkət tələbin azalması səbəbindən Almaniyada zavodlarını bağlaya bilər

"Volkswagen" Çin istehsalçılarının artan rəqabəti ilə üzləşib ki, buna hətta idxal olunan elektrik avtomobillərinə artan tariflər də mane ola bilmir.
Sputnik
BAKI, 9 oktyabr — Sputnik. Tarixdə ilk dəfə olaraq "Volkswagen" Almaniyadakı zavodlarını bağlaya və işçilərini ixtisar edə bilər.
"Kommersant" bu addımın mümkün səbəbləri barədə yazıb.
Nəşrin yazdığına görə, avtomobil istehsalçısının dərin böhranına səbəb yerli istehlakçıların elektromobillərə marağının azalması olub. Belə ki, avqustda onların satışları Almaniyada, demək olar ki, 69 faiz, Avropa İttifaqında isə demək olar ki, 44 faiz azalıb.
Eyni zamanda, "Volkswagen" Çin istehsalçılarının artan rəqabəti ilə üzləşib ki, buna hətta idxal olunan elektrik avtomobillərinə artan tariflər də mane ola bilmir.
"Volkswagen"in baş direktoru Oliver Blumenin qeyd etdiyi kimi, Avropa avtomobil sənayesi çox çətin vəziyyətdədir. Eyni zamanda, istehsal yeri kimi Almaniyanın rəqabət qabiliyyəti azalır.
Sentyabrın sonunda "Volkswagen" AG konserninin rəhbərliyi ilə nüfuzlu həmkarlar ittifaqları arasında əmək haqqı ilə bağlı danışıqların aparılacağı məlum olub. Danışıqların nəticəsiavtomobil istehsalçısının işçilərini nə qədər aqressiv şəkildə ixtisar edəcəyinə və Almaniyadakı fabrikləri bağlayacağına təsir edəcək.
Daha əvvəl məlum olmuşdu ki, Almaniyada iqtisadi böhran fonunda iqtisadi apokalipsis proqnozlaşdırılır.