BAKI, 9 oktyabr — Sputnik. ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris bildirib ki, onun Respublikaçılar Partiyasından rəqibi Donald Trampın Ukrayna ilə bağlı planı ölkənin təslim olmasına gətirib çıxaracaq.
Bu barədə Rusiya mediası "CBS"yə istinadən xəbər verib.
"O, münaqişəni elə birinci gündə bitirəciyini bildirib. Bunun nə demək olduğunu bilirsinizmi? Bu, kapitulyasiya deməkdir", Harris vurğulayıb.
Bu ilin iyununda Donald Tramp Ukraynadakı münaqişənin həlli ilə bağlı konkret planının olduğunu bildirib. O, yenidən ABŞ prezidenti seçiləcəyi təqdirdə vəziyyəti həll etmək niyyətindən danışıb.
Eyni zamanada oktyabr ayında ABŞ-ın sabiq rəhbəri Tramp Ukraynaya xarici yardımın ümumi həcmini açıqlayıb. Onun sözlərinə görə, xüsusi hərbi əməliyyat (XHƏ) başlayandan bəri Vaşinqton Kiyevə təxminən 300 milyard dollar yardım edib.