DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan Netanyahunu Hitlerlə müqayisə etdi

Unutmamalıyıq ki, İsrail bir ildir bu günə qədər də törətdiyi bu soyqırımın əvəzini gec-tez ödəyəcək.
Sputnik
BAKI, 9 oktyabr — Sputnik. Nasist Almaniyasının lideri Adolf Hitler dayandırıldığı kimi, İsrailin baş naziri Benyamin Netanyahu da dayandırılacaq. Bunu Qəzzada münaqişənin başlanmasının ildönümündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Oktyabrın 7-si Qəzza zolağında silahlı qarşıdurmanın başlamasından düz bir il ötür.
"Unutmamalıyıq ki, İsrail bir ildir bu günə qədər də törətdiyi bu soyqırımın əvəzini gec-tez ödəyəcək. Biz nəyin bahasına olursa-olsun İsrail hökumətinə qarşı durmağa və dünyanı buna çağırmağa davam edəcəyik. Hitleri bəşəriyyətin ortaq birliyi necə dayandırdısa, Netanyahu və onun sui-qəsdləri də eyni şəkildə dayandırılacaq", Ərdoğan qeyd edib.
Oktyabrın 1-dən İsrail Livanın cənubunda Hizbullah qüvvələrinə qarşı quru əməliyyatı keçirir və qonşu ölkənin havadan bombardmanlarını davam etdirir, burada artıq iki mindən çox adam, o cümlədən şiə hərəkatının liderləri həlak olub. İtkilərə baxmayaraq, Hizbullah quru döyüşləri aparır və İsrail ərazisinə raket hücumlarını dayandırmır.