RUSİYA

Terrorçular Şimali Qafqaz əhalisi arasında təbliğatı gücləndirirlər - Bortnikov

Beynəlxalq terror təşkilatları dini faktordan istifadə edərək, Şimali Qafqaz əhalisinə təbliğat təsirini artırırlar.
Sputnik
BAKI, 8 oktyabr — Sputnik. Beynəlxalq terrorçular dini faktordan istifadə edərək Şimali Qafqaz əhalisi arasında təbliğatı gücləndirirlər. Bu barədə Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov Milli Antiterror Komitəsinin iclası zamanı bildirib.
"Beynəlxalq terror təşkilatları dini faktordan istifadə edərək, Şimali Qafqaz əhalisinə təbliğat təsirini artırırlar. Bunun üçüb internetdən, eləcə də qeyri-rəsmi ibadət yerlərindən və rayon təhsil təşkilatlarında yerləşən bəzi dini yerlərdən istifadə edirlər", Bortnikov bildirib.
Onun sözlərinə görə, Şimali Qafqazda 2024-cü ildə beş terror təşkilatının fəaliyyətinin qarşısı alınıb.
"2024-cü ildə Şimali Qafqazda 6 terror aktı törədilib, 23 terror cinayətinin qarşısı alınıb, 200-dən çox şəxs saxlanılıb. Qərb Şimali Qafqazda ictimai-siyasi vəziyyəti sarsıtmağa cəhd etməkdə davam edir,", Bortnikov qeyd edib.
"Bizim ümumi vəzifəmiz radikal ideoloji münasibətlərin Şimali Qafqaza daha da nüfuz etməsinə imkan verməmək və ənənəvi mənəvi, əxlaqi və mədəni-tarixi dəyərlər əsasında yerli gənclərin ümumrusiya vətəndaş kimliyinin qorunub saxlanılması və möhkəmləndirilməsini təmin etməkdir” - Bortnikov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.