RUSİYA

MDB ölkələri Qərbin təzyiqlərinin öhdəsindən müvəffəqiyyətlə gəlirlər - Lavrov

Lavrovun sözlərinə görə, MDB ölkələrinin xarici işlər nazirləri MDB Xarici İşlər Nazirləri Şurasının iclasında sanksiyaların qəbuledilməzliyinə dair sənədlər qəbul ediblər.
Sputnik
BAKI, 7 oktyabr — Sputnik. MDB ölkələri anti-Rusiya sanksiyaları kontekstində Qərbin təzyiqlərinin öhdəsindən müvəffəqiyyətlə gəlirlər, Qərb ölkələrinin metodları onların rədd edilməsinə səbəb olur. Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov MDB Nazirlər Şurasının yekunlarına dair mətbuat konfransında deyib.
"Qərbin tətbiq etdiyi üsullar bütün digər dövlətlər, o cümlədən postsovet məkanı dövlətləri tərəfindən rədd edilir. bu da ikinci dərəcəli, üçüncü dərəcəli sanksiyalardır. İki tam müstəqil dövlətin bir-biri ilə münasibət qurması kimsənin xoşuna gəlməyəndə, ikinci dərəcəli, üçüncü dərəcəli sanksiyalar adlanan qeyri-qanuni tədbirlər görülür. Təbii ki, onların beynəlxalq hüquqa heç bir aidiyyatı yoxdur", Lavrov bildirib.
Nazir vurğulayıb ki, MDB ölkələrinin münasibətlərinə heç bir təhlükə yoxdur.
"Bu münasibətlər durmadan inkişaf edir, ABŞ və onun peyklərinin sözdə ikinci, üçüncü və digər qeyri-qanuni sanksiyalar şəklində genişləndirməyə çalışdıqları cəhdlərə gəlincə, biz bu cinayət əməllərinə qarşı necə mübarizə aparacağımızı bilirik", XİN rəhbəri deyib.
Lavrovun sözlərinə görə, MDB ölkələrinin xarici işlər nazirləri MDB Xarici İşlər Nazirləri Şurasının iclasında sanksiyaların qəbuledilməzliyinə dair sənədlər qəbul ediblər.
"Biz öz sənədlərimizi, xarici əlaqələr idarələrinin rəhbərlərinin sənədlərini qəbul etmişik, onlardan birtərəfli məcburetmə tədbirlərinin, qondarma sanksiyaların qəbuledilməzliyi haqqında sənədi, o cümlədən Avrasiya təhlükəsizlik sisteminin formalaşdırılması üzrə işlərin əsas parametrləri haqqında sənədi, olimpizm prinsiplərinin, ədalətli idman rəqabəti prinsiplərinin şübhə altına alınmağa çalışıldığı, hətta sadəcə olaraq diqqətdən kənarda qaldığı şəraitdə vacib olan bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında sənəd qeyd etmək istərdim", Lavrov bildirib.