DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq istiqamətindəki kursuna davam edəcək

Yaponiya Nazirlər Kabinetinin yeni rəhbəri Siqeru İşiba ölkə parlamentindəki ilk əsas nitqində Yaponiya-Rusiya münasibətlərinin hazırda çətin vəziyyətdə olduğunu bildirib.
Sputnik
BAKI, 6 oktyabr — Sputnik. Yaponiya hökuməti Rusiya Federasiyası ilə sülh müqaviləsi bağlamağa yönəlmiş siyasəti davam etdirəcək.
Bunu Yaponiya Nazirlər Kabinetinin yeni rəhbəri Siqeru İşiba ölkə parlamentindəki ilk əsas nitqində bildirib.
"Yaponiya-Rusiya münasibətləri çətin vəziyyətdədir, lakin ölkəmiz ərazi probleminin həlli və sülh müqaviləsinin bağlanması istiqamətində kursunu davam etdirəcək" – "TASS" baş nazirdən sitat gətirib.
Eyni zamanda, Nazirlər Kabinetinin rəhbəri Yaponiyanın davamlı sanksiya təzyiqini, eləcə də Tokionun Kiyevə dəstəyini açıqlayıb.
Xatırladaq ki, oktyabrın 1-də baş nazir Fumio Kişidanın rəhbərlik etdiyi Yaponiya hökumətinin istefa verdiyi məlum olub. Liberal Demokrat Partiyasının sədri Siqeru İşiba ölkənin Nazirlər Kabinetinin yeni rəhbəri seçilib.