BAKI, 5 oktyabr — Sputnik. Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin sentyabrın 23-29-da keçirdiyi sorğuda iştirak edən rusiyalıların 77%-dən çoxu Rusiya prezidenti Vladimir Putinə güvəndiyini bildirib.
Bu barədə ÜİRÖM-ün saytında məlumat dərc olunub.
Məlumata görə, respondentlərin 77,2%-i Vladimir Putinə inamla bağlı birbaşa suala müsbət cavab verib.
Respondentlərin 73%-dən çoxu dövlət başçısının fəaliyyətini bəyəndiyini bildirib.
Rusiya hökumətinin işini sorğu iştirakçılarının 48,8%-i, Nazirlər Kabinetinin rəhbəri Mixail Mişustinin fəaliyyətini isə 51,3%-i müsbət qiymətləndirib.
Bundan əvvəl ÜİRÖM-ün keçirdiyi sorğunun nəticələri dərc olunmuşdu. Nəticələrə görə Rusiya sakinlərinin Putinə inamı son iki il yarım ərzində yalnız artıb.