DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Zaxarova: Quterreşin İsrailə girişinin qadağan edilməsi sülh işinə kömək etməyəcək

Məhz Vaşinqton BMT Təhlükəsizlik Şurasının bir çox qətnamə layihəsini bloklayıb və özünün məhvedici hərəkətləri ilə diplomatik səylərə növbəti dəfə mane olub.
Sputnik
BAKI, 3 oktyabr — Sputnik. İsrailin BMT-nin baş katibi Antonio Quterreşi persona non qrata elan etmək qərarı dövlətin suveren hüququdur, lakin bu, sülhün başlanmasına kömək etməyəcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova"RTVI" televiziyasına müsahibəsində deyib.
"Persona non-qrata elan etmək ölkənin suveren hüququdur. Lakin bu, sülh işinə kömək etməyəcək" – o, bildirib.
Eyni zamanda, Zaxarova qeyd edib ki, hazırkı vəziyyətdə, eləcə də BMT-nin səsini ucalda bilməməsində günahkar Vaşinqtondur. Belə ki, məhz Vaşinqton BMT Təhlükəsizlik Şurasının bir çox qətnamə layihəsini bloklayıb və özünün məhvedici hərəkətləri ilə diplomatik səylərə növbəti dəfə mane olub.
Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov İsrailin BMT-nin baş katibi Antonio Quterreşi persona non-qrata elan etmək qərarını şərh edib.
Xatırladaq ki, İsrailin xarici işlər naziri İsrael Kats Antonio Quterreşi persona non qrata elan edib. Bu baxımdan onun İsrailə girişi qadağandır. İsrail tərəfi müvafiq qərarı İranın İsrailə hücumuna reaksiyasına görə verib.
Qeyd edək ki, İran oktyabrın 1-də İsrailə yüzdən çox raket atıb. İsrailin yaxın günlərdə İrana qarşı əhəmiyyətli cavab zərbəsi endirəcəyi bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.