BAKI, 3 oktyabr — Sputnik. UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda "Qarabağ" İsveçin "Malmö" klubuna məğlub olub.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmanın 15-ci dəqiqəsində Juninyonun qolu ilə "Qarabağ" hesabı açıb. Bundan cəmi 4 dəqiqə sonra İsveç təmsilçisinin hücumçusu Erik Botheym fərqlənərək bərabərliyi təmin edib. Görüşün 47-ci dəqiqəsində isə E.Botheym komandasının qələbə qoluna imza atıb.
Qeyd edək ki, Azərbaycan çempionu Liqa mərhələsinin III turunda Niderlandın "Ayaks" komandası ilə üz-üzə gələcək. Bu oyun oktyabrın 24-də keçiriləcək.
03.10.24, 12:55
"Qarabağ" bu gün İsveçin "Malmö" komandası ilə qarşılaşacaq
Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi "Qarabağ" bu gün Liqa mərhələsində ikinci oyununa çıxacaq.
Qurban Qurbanovun başçılıq etdiyi kollektiv Bakıda İsveçin "Malmö" komandası ilə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq. Oyunu Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin ilk turunda İngiltərədə "Tottenhem"ə 0:3 hesabı ilə uduzub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.