BAKI, 30 sentyabr — Sputnik. İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə elektron kommunikasiya sahəsində yeni qanun layihəsi hazırlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İKTA-nın İdarə Heyətinin sədri Nail Mərdanov deyib.
O, bildirib ki, hazırda layihə ikinci dəfə dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.
"Eyni zamanda, gələcəkdə ölkədə fəaliyyət göstərən provayderlərə qarşı cəza mexanizmlərinin, müxtəlif sanksiyaların tətbiqi nəzərdə tutulub" - N.Mərdanov əlavə edib.
O, bildirib ki, Azərbaycanda 171 telekommunikasiya operator və provayderi fəaliyyət göstərir.
"Bu fəaliyyəti göstərmək üçün heç bir lisenziya tələb olunmur. Sadəcə bu xidmətin müəyyən çərçivəyə salınması istiqamətində tərəfimizdən müəyyən işlər aparılır" - deyə o, əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.