DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İnqilabi kəşf - Xərçəngin müalicəsində əsl sıçrayış ola bilər

Yeni metodun insanların müalicəsində potensialını qiymətləndirmək üçün tədqiqatçılar laboratoriyada insan hüceyrələri üzərində uğurlu sınaqlar aparıblar.
Sputnik
BAKI, 29 sentyabr — Sputnik. İsveç alimləri xərçəngin müalicəsində inqilabi metod hazırlayıblar. "Science" jurnalının məlumatına görə, Lund Universitetinin tədqiqatçıları bədxassəli şiş hüceyrələrini aldadaraq, onların özlərinə hücum etməsini təmin ediblər.
Metodun mahiyyəti xərçəng hüceyrələrini xüsusi bir immun hüceyrə növünə - cDC1-ə yenidən proqramlaşdırmaqdır. Bu dəyişdirilmiş hüceyrələr bədxassəli şişləri məhv etmək üçün şişin qoruyucu maneəsini məhv edə bilir.
Metodun effektivliyi bir sıra təcrübələrlə təsdiqlənib. Belə ki, əvvəlcə yenidən proqramlaşdırılmış hüceyrələr xərçəng şişi hüceyrələrinə yeridilib. Bu uğurlu sınaqdan sonra təcrübə siçanlarda təkrarlanıb. Burada yeni metodun immunoterapiya ilə birləşməsi şişlərin böyüməsinin və yayılmasının qarşısını almaqda müsbət nəticələr göstərib.
Alimlər qeyd ediblər ki, müalicə həm də eksperimental heyvanlarda şişlərin təkrar yaranmasına qarşı qorunma təmin edib.
Yeni metodun insanların müalicəsində potensialını qiymətləndirmək üçün tədqiqatçılar laboratoriyada insan hüceyrələri üzərində uğurlu sınaqlar aparıblar. Alimlər hesab edirlər ki, onların bu inqilabi kəşfi xərçəngin müalicəsində əsl sıçrayış ola bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.