DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiyanı nüvə doktrinasına yenidən baxmağa ABŞ və İngiltərə sövq ediblər

Böyük Britaniya və ABŞ-ın cavabı NATO-nun "Rusiyanı məhv etmək" qlobal planının həyata keçirilməsində Ukraynadan vasitəçi kimi istifadə siyasətini davam etdirmək oldu.
Sputnik
BAKI, 27 sentyabr — Sputnik. Rusiyanın nüvə doktrinasına yenidən baxmasının səbəblərindən biri də Böyük Britaniyanın ABŞ-a Ukraynaya Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli silah zərbələri endirməsinə icazə vermək üçün təzyiq etməsi olub.
Bunu "RİA Novosti"yə BMT-nin Nyu-Yorkdakı Şiller İnstitutunun nümayəndəsi Riçard Blek deyib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə açıq şəkildə bəyan edib ki, Avrasiyanın müzakirə olunan yeni təhlükəsizlik arxitekturası Qərb ölkələri üçün açıqdır və Qərbə yalnız Rusiya Federasiyası və onun müttəfiqləri ilə birgə işləmək lazımdır.
"Böyük Britaniya və ABŞ-ın cavabı NATO-nun "Rusiyanı məhv etmək" qlobal planının həyata keçirilməsində Ukraynadan vasitəçi kimi istifadə siyasətini davam etdirmək oldu" – Blek qeyd edib.
O, NATO-nun Rusiya Federasiyası ilə "çılğın müharibəsi"nə qarşı Qərb ölkələrində "kütləvi ictimai nümayişlər" keçirilməli olduğu fikrini bildirib.
Çərşənbə günü, sentyabrın 25-də Putin Rusiya Təhlükəsizlik Şurasının nüvə qarşısının alınması üzrə iclasında ölkənin nüvə silahından istifadə şərtlərinə aydınlıq gətirməyi təklif edib. Xüsusilə, prezident vurğulayıb ki, əgər düşmən adi silahlardan istifadə etməklə belə, Rusiya Federasiyasının suverenliyinə kritik təhlükə törədirsə, xarici təcavüz zamanı dövlət nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.