DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

BMT-nin baş katibi Ukraynada sülhə çağırıb

Ölkə liderləri arasında əsas müzakirə mövzularından biri də Ukrayna böhranı olacaq.
Sputnik
BAKI, 25 sentyabr — Sputnik. Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres Ukraynada sülhə çağırıb və deyib ki, davam edən döyüşlərin bədəlini mülki insanlar ödəyir.
Bu barədə "RİA Novosti" Quterreşin BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinin ümumi müzakirələrində çıxışı zamanı söylədiklərinə istinadən xəbər verib.
"Ukraynada müharibə davam edir və onun səngiməsinə dair heç bir əlamət yoxdur. Bunun əvəzini mülki vətəndaşlar ölənlərin sayının artması, məhv edilmiş insanların həyatı və icmaların darmadağın edilməsi ilə ödəyir. Artıq BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT qətnamələrinə əsaslanan ədalətli sülhün vaxtı gəlib çatıb", Quterreş qeyd edib.
Ölkə liderləri arasında əsas müzakirə mövzularından biri də Ukrayna böhranı olacaq. Eyni zamanda, yəqin ki, təkcə onun diplomatik həlli deyil, həm də gələcək eskalasiya müzakirə olunacaq: bir sıra KİV hesab edir ki, ABŞ və Böyük Britaniya Baş Assambleyada Rusiya ərazilərinə zərbələr endirmək üçün Kiyevə icazə verə bilər.
Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski "RİA Novosti"yə verdiyi müsahibədə Qərbin Rusiya Federasiyasının bu cür addımlarla bağlı xəbərdarlıqlarını eşidib-eşitmədiyinə dair nəticə çıxarmadan əvvəl həftənin sonuna qədər gözləməyə çağırıb.