BAKI, 24 sentyabr — Sputnik. Livanda vəziyyət tammiqyaslı müharibəyə yaxındır.
Aİ diplomatiya rəhbəri Josep Borrell bu barədə Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bildirib.
Borrelin sözlərinə görə, "Livanda döyüşlər nəticəsində daha çox itki və dağıntılar qeydə alınır."
"Livanda eskalasiya son dərəcə təhlükəli və narahatedicidir. Deyə bilərəm ki, biz, demək olar ki, genişmiqyaslı müharibə vəziyyətindəyik".
Xatırladaq ki, İsrail Ordusu Livanda şiə "Hizbullah" hərəkatının son iki onillikdə tikilmiş hərbi infrastrukturuna zərbələr endirməyə başlayıb. Livanda başlayan hücum əməliyyatı "Şimal oxları" adlanıb.