RUSİYA

Valentina Matviyenko Sahibə Qafarovanı təbrik edib

Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında Sahibə Qafarova Azərbaycan parlamentinin sədri seçilib.
Sputnik
BAKI, 23 sentyabr - Sputnik. Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Sahibə Qafarova ilə telefon danışığı zamanı onu yenidən Azərbaycan Milli Məclisinin (parlamentin) sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Bu barədə Rusiya parlamentin yuxarı palatasının mətbuat xidməti məlumat yayıb.

“Federasiya Şurasının sədri Valentina Matvienko ilə Azərbaycan Respublikası Milli Məclisinin sədri Saxibə Qafarova arasında telefon danışığı olub. Federasiya Şurasının sədri Sazibə Qafarovanı yenidən Azərbaycan parlamentinin sədri seçilməsi münasibətilə təbrik edib”, - mətbuat xidmətindən məlumat verilib.

Məlumatda həmçinin qeyd olunur ki, həmsöhbətlər Qafarovanın rəhbərlik etdiyi Azərbaycan parlamentinin yeni tərkibinin “iki ölkə xalqlarının rifahı naminə Rusiya Federasiyası senatorları ilə sıx konstruktiv qarşılıqlı fəaliyyət ənənələrini davam etdirəcəyi” barədə razılığa gəliblər.
Bu gün yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib.
Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisin sədrliyinə namizədliyi irəli sürülüb. Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə minnətdarlığını bildirib.
Sonra səsvermə olub və Sahibə Qafarova Milli Məclisin sədri seçilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.