DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə ŞƏT, BRİKS və ASEAN ilə əməkdaşlığı gücləndirmək niyyətindədir – Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitinə dəvəti qəbul edib.
Sputnik
BAKI, 23 sentyabr — Sputnik. Türkiyə ŞƏT, BRİKS və ASEAN ilə əməkdaşlığı gücləndirmək niyyətindədir və bu istiqamətdə mühüm addımlar atır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov bundan əvvəl Türkiyənin BRİKS-ə tam üzv olmaq üçün müraciət etdiyini, ərizəyə baxılacağını bildirmişdi. Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitinə dəvəti qəbul edib.

"Qərb dünyası ilə əməkdaşlığı inkişaf etdirərkən, Şərqi də diqqətdən kənarda qoymuruq. Biz Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), BRİKS və ASEAN ilə dialoqumuzu gücləndirmək niyyətindəyik. Bu istiqamətdə son vaxtlar mühüm addımlar atmışıq. Biz tam fərqli bir ab-havaya nail olmuşuq. Biz bundan sonra da Türkiyəyə diqqət yönəldərək və ölkəmizin maraqlarını ön plana çıxararaq, müxtəlif regional təşkilatlarla əməkdaşlığımızı inkişaf etdirməyə davam edəcəyik", - Türkiyənin dövlət agentliyi olan "Anadolu" Amerika Birləşmiş Ştatlarında səfərdə olan Türkiyə liderinin sözlərini sitat gətirib.

Xatırladaq ki, BRİKS 2006-cı ildə yaradılmış dövlətlərarası birlikdir. Rusiya 2024-cü il yanvarın 1-dən təşkilatın sədri postunu tutur. Rusiya Federasiyasından başqa, Braziliya, Hindistan, Çin və Cənubi Afrika, 2024-cü ilin əvvəlindən Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulublar. Rusiyanın BRİKS-ə sədrliyi ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi şüarı altında keçirilir. Rusiya Federasiyası özünün sədrliyi çərçivəsində 200-dən çox siyasi, iqtisadi və sosial tədbirlər təşkil edir.
ŞƏT 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Buraya Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan daxildir. 2024-cü ilin iyulunda Astanada keçirilən sammitdə Belarus rəsmi olaraq onlara qoşuluB. Müşahidəçi ölkələr Əfqanıstan və Monqolustan, ŞƏT üzrə dialoq üzrə tərəfdaş ölkələr Azərbaycan, Ermənistan, Bəhreyn, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv adaları, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə, Şri-Lankadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.