“Mən sizi əmin edirəm ki, bizim Ukrayna rejiminin sahibləri üçün ciddi nəticələrə səbəb olacaq silahlarımız var. Bu silahlar mövcuddur. Onlar tam döyüş hazırlığı vəziyyətindədirlər”, - Lavrov bildirib.
“Sabah sizdən tələb etdiyimizi etməsəniz, “qırmızı düymə”yə basacağıq demək ciddi söhbət deyil. Əminəm ki, belə situasiyalarda qərar verənlərin nədən danışdığımız barədə təsəvvürü olur. Heç kim nüvə müharibəsi istəmir. Bu dəfələrlə deyilib”, - Rusiya xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.
“Ən azı Vaşinqtonda bunu (Putinin xəbərdarlıqlarını - red.) anlayan bəzi ağlabatan insanlar var. İndi NATO Rusiyaya qarşı müharibə aparır. Amma bu, ukraynalıların əli ilə hibrid müharibədir. Əgər uzaqmənzilli raket silahlarından danışırıqsa, o zaman hamı başa düşür ki, ukraynalıların özləri onlardan istifadə edə bilməyəcəklər. Hədəflər, peyklərdən alınan məlumatlar, uçuş missiyaları - bütün bunları ancaq bu silahları istehsal edən ölkənin mütəxəssisləri edə bilər”, - nazir fikrini yekunlaşdırıb.