DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin ABŞ şirkətlərinə sanksiya tətbiq etdi

Bu, Vahid Çin Prinsipini və üç Çin-Amerika Birgə Kommunikesini ciddi şəkildə pozur, Çin Xalq Respublikasının daxili işlərinə kobud şəkildə müdaxilə hesab edilir.
Sputnik
BAKI, 19 sentyabr — Sputnik. Pekin Tayvana silah satdığına görə 9 ABŞ şirkətinə sanksiya tətbiq etmək qərarına gəlib. Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Birləşmiş Ştatlar bu yaxınlarda Tayvana silah satışını yenidən elan edib. Bu Vahid Çin Prinsipini və üç Çin-Amerika Birgə Kommunikesini ciddi şəkildə pozur, Çin Xalq Respublikasının daxili işlərinə kobud şəkildə müdaxilə hesab edilir və Çinin suverenliyinə və ərazi bütövlüyünə ciddi zərbə vurur", XİN-in məlumatında deyilir.
Bildirilir ki, Çin Sierra Nevada Corporation, Stick Rudder Enterprises LLC, Cubic Corporation, S3 AeroDefense, TCOM, TextOre, Planate Management Group, ACT1 Federal, Exovera da daxil olmaqla doqquz ABŞ şirkətinə qarşı əks tədbirlər görməyə qərar verib.
Qeyd olunur ki, Çin hakimiyyətinin müvafiq qərarı sentyabrın 18-də qüvvəyə minib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.