BAKI, 18 sentyabr — Sputnik. Sülh müqaviləsinin imzalanması şərti ilə Azərbaycandan qaz idxalı və ya tranzitinin mümkünlüyünü istisna etmirik. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
İkinci Dünya Erməni Sammitində çıxışı zamanı o, Ermənistana qaz nəqli variantını təklif edən Bakının son bəyanatlarını xatırladıb.
"Biz Azərbaycandan Naxçıvana və ya Türkiyəyə tranzit qaz kəmərinin Ermənistandan keçəcəyi ssenarisini istisna edə bilmərik" - Paşinyan qeyd edib.
Enerji təhlükəsizliyi məsələlərindən danışan erməni baş nazir enerji mənbələrinin şaxələndirilməsinin vacibliyini vurğulayıb. Paşinyan diqqətini günəş enerjisinin inkişafına və yaşıl enerjidən istifadə perspektivlərinin öyrənilməsinə yönəldib.
Paşinyan vurğulayıb ki, heç bir ölkə enerji təhlükəsizliyini tam təmin edə bilməz, ona görə də onu müxtəlif enerji mənbələri hesabına artırmaq üçün tədbirlər görülməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.