DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsrail müharibənin yeni mərhələsini elan etdi: Netanyahu xalqa müraciət ünvanlayıb

Netanyahu isə Livanda rabitə qurğularının partlayışlarından sonra ilk dəfə həmvətənlərinə müraciət edərək, ölkənin şimalında təhlükəsizliyi bərpa edəcəyinə söz verib.
Sputnik
BAKI, 18 sentyabr - p. İsrail hərbi əməliyyatların “ağırlıq mərkəzini” şimala, Livanla sərhədə keçirir və müharibənin yeni mərhələsi başlayır.
Bu barədə İsrailin müdafiə naziri Yoav Qalant bildirib.
Y.Qalant ölkənin şimal hissəsindəki Ramat David aviabazasında hərbçilərlə görüşdə deyib ki, İsrail müharibənin yeni mərhələsinin başlanğıcındadır.
Müdafiə naziri vurğulayıb ki, şimal istiqamətində hərbi əməliyyatların məqsədi aydındır: ərazidəki yaşayış məntəqələrinin sakinlərinin təhlükəsiz şəkildə öz evlərinə qayıtması.
İsrailin Baş naziri Benyamin Netanyahu isə Livanda rabitə qurğularının partlayışlarından sonra ilk dəfə həmvətənlərinə müraciət edərək, ölkənin şimalında təhlükəsizliyi bərpa edəcəyinə söz verib.
Baş nazirin videomüraciətini Netanyahunun ofisi yayıb.
“Mən demişdim ki, biz şimalda yaşayan sakinləri sağ-salamat öz evlərinə qaytaracağıq. Və biz məhz bunu edəcəyik” - Natanyahu vurğulayıb.
DÜNYA XƏBƏRLƏRİ
Livanda rabitə cihazlarında baş verən yeni partlayışlar nəticəsində xeyli adam ölüb
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.