RUSİYA

Rusiyaya iş dalınca gələn miqrantlar rus dilindən şifahi imtahan da verəcəklər

İndiyə kimi iş icazəsi və ya patent almaq üçün əcnəbilər rus dilindən yazılı test formasında imtahan veriblər.
Sputnik
BAKI, 18 sentyabr — Sputnik. Rusiyaya iş dalınca gələn miqrantlar rus dilindən şifahi imtahan da verməli olacaqlar.
Rusiyanın Təhsil və Elm Nazirliyi əmək miqrantları üçün rus dili imtahanına şifahi hissə əlavə edilməsi təklifini dəstəkləyib.
Rusiyada təhsil və elm sahəsinə nəzarət üzrə Federal Xidmət "Rosobrnadzor" iş icazəsi və ya patent almaq üçün müraciət edən əcnəbilər üçün rus dili imtahanının şifahi hissəsinin tətbiqi təşəbbüsünü dəstəklədiyini açıqlayıb.
Qeyd edək ki, indiyə kimi iş icazəsi və ya patent almaq üçün əcnəbilər rus dilindən yazılı-test formasında imtahan veriblər.
CƏMİYYƏT
Miqrantlarla bağlı qadağa Rusiyadakı azərbaycanlılara necə təsir edəcək?
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.