DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qərbin Rusiya titanına sərf etdiyi vəsait nə qədərdir?

Titan kimya, eləcə də aerokosmik və gəmiqayırma sənayesi istehsalçılarına lazımdır.
Sputnik
BAKI, 18 sentyabr — Sputnik. Cari ildə Qərb ölkələri ümumilikdə 264,9 milyon dollar dəyərində Rusiya titanını alıblar. Qərb Rusiyadan istehsalçıların ümumi idxalının 11,4%-ni təmin edib.
Bu barədə "RİA Novosti" xəbər verib.
Agentliyin məlumatına görə, Rusiya resurslarından imtina ilə bağlı bəyanatlara baxmayaraq, ABŞ və Avropa İttifaqının (Aİ) bəzi ölkələri Rusiya şirkətlərindən titan almağa davam ediblər. Titan kimya sənayesi, eləcə də aerokosmik və gəmiqayırma sənayesi istehsalçılarına lazımdır.
Rusiyadan titan tədarükçülərinin siyahısına "Airbus və Boeing" təyyarələrinin tədarükçüləri də daxil olmaqla bütün bazarın dörddə birini təmin edən "VMİB-Avisma" şirkəti daxildir.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə videokonfrans zamanı Baş nazir Mixail Mişustinə dost olmayan ölkələrə titan, nikel, uran və bəzi digər xammal növlərinin tədarükü üçün məhdudiyyətlər barədə düşünməyi tapşırıb. Eyni zamanda, dövlət başçısı vurğulayıb ki, "yalnız özünə zərər vermək üçün heç bir şey etmək lazım deyil".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.