İQTİSADİYYAT

Gələn ilin büdcəsində Azərbaycan neftinin qiyməti 70 dollar nəsərdə tutulur

Gələn il dövlət büdcəsi xərclərinin 10,1%-i işğaldan azad olunuş ərazilərin yenidən qurulması və bərpasına yönəldiləcək.
Sputnik
BAKI, 17 sentyabr - Sputnik. Azərbaycanın 2025-ci il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 70 ABŞ dolları götürülüb. Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.
Qeyd edək ki, bu, 2024-cü illə müqayisədə 5 ABŞ dolları azdır.
Ümumilikdə, 2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 36 milyard 616 milyon manat, xərclərinin isə 39 milyard 667,6 milyon manat olacağı gözlənilir.
2025-ci ildə Azərbaycanın icmal büdcəsinin isə gəlirlərinin 44 milyard 371,4 milyon manat, xərclərinin isə 45 milyard 867 milyon manat olacağı gözlənilir.
Gələn il Azərbaycanda müdafiə və təhlükəsizlik xərclərinin 6 milyard 658,3 milyon manat olması nəzərdə tutulur. Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 6,6 % azdır.
Bundan əlavə, 2025-ci ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 4 milyard manatı və yaxud 10,1 %-i işğaldan azad olunuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərin payına düşəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.