"Bütün bunlarla BRICS beynəlxalq münasibətlər sistemində özünəməxsus çəkiyə malik bir təşkilata çevirib. BRICS çərçivəsində əməkdaşlıq daxili işlərə qarışmamaq, bərabərlik və qarşılıqlı mənfəətə əsaslanır. BRICS-in sənədlərində dövlətlərin suveren bərabərliyi və bir-birinin işlərinə qarışmamaq prinsipləri, ərazi bütövlüyünə hörmət, beynəlxalq hüququn norma və prinsipləri əsasında dünyada sülh və təhlükəsizliyin bərqərar olması üçün birgə işləmək qətiyyəti izhar olunur".
"Ölkəmiz BRICS-ə üzvlük üçün rəsmi müraciəti cari ilin 2 aprel tarixində təşkilatın sədrinə göndərib. Bununla yanaşı, Azərbaycandan əlavə 30-dan artıq ölkə təşkilata qoşulmaq üçün müraciət ünvanlayıb. Ümumilikdə, təşkilatda dünya iqtisadiyyatında əhəmiyyətli çəkiyə malik ölkələrin və fərqli coğrafiyaların təmsil olunması təşkilata artan maraqdan xəbər verir və maraqlı tərəflərdən biri də Azərbaycandır", - Ayxan Hacızadə deyib.