BAKI, 17 sentyabr — Sputnik. Sankt-Peterburq Aleksandrinski teatrının yaradıcı kollektivi sentyabrın 19-20-də Bakıya qastrol səfərinə gələcək. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Rusiyanın ən qədim teatrlarından birinin səhnələşdirdiyi Nikolay Qoqolun məşhur "Evlilik" pyesi nümayiş olunacaq.
Aleksandrinski teatrı sonuncu dəfə 1982-ci ildə Bakıda qastrol səfərində olub. Beləliklə, iki, hətta üç nəsil Bakı sakinləri üçün bu teatrla ilk tanışlıq olacaq.
Azərbaycan paytaxtında qastrol proqramı və bu ölkədə olması ilə bağlı təəssüratları haqqında sentyabrın 20-də, saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında Aleksandrinski teatrının direktoru Aleksandr Maliç məlumat verəcək.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində baş tutacaq: Mətbuat pr., məh.529, bina 23, mərt.4.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.