"Əlbəttə ki, biz birləşməyimizin çoxsaylı təsirlərini görürük. Ancaq bunu sistemli şəkildə götürsək, nəzərə alınmalı olan iki əsas element var. Birincisi, vahid ümumi bazar, dörd azadlıqdır: malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin vahid qaydalara uyğun olraq maneələr olmadan hərəkət azadlığıdır. Bu, inkişaf, investisiya və biznes üçün zəmin yaradan 184 milyondan çox istehlakçıya malik bir məkandır", - Slepnyov "Ali İqtisadiyyat Məktəbi" Milli Tədqiqat Universitetinin Aİİ VII Beynəlxalq Forumunun iştirakçılarına müraciətində bildirib.
"Xəbərə gəlincə, ötən həftə biz Monqolustanla artıq razılaşdırılmış saziş layihəsinin yekun yoxlanışını həyata keçirdik. Ümid edirik ki, ilin sonuna kimi biz bu sənədi imzalayacağıq və yeni rejimdə işləyəcəyik. Yaxın gələcəkdə BƏƏ və İndoneziya ilə danışıqların əsas mərhələləri gözlənilir. Oktyabrda keçiriləcək BRİKS sammitinə qədər müsbət xəbərlərin olacağına ümidvarıq", - nazir qeyd edib.