BÖLGƏ

Mirzoyan: Ermənistan Azərbaycanla tezliklə sülh sazişi imzalamağa hazırdır

Erməni nazir qeyd edib ki,Ermənistan İrəvan və Bakı arasında artıq razılaşdırılmış mətni mümkün qədər tez imzalamağa hazırdır.
Sputnik
BAKI, 16 sentyabr — Sputnik. Mən Ermənistanın sülh gündəliyinə qəti sadiqliyini bir daha təsdiqləmək istəyirəm. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda fransalı həmkarı Stefan Sejournet ilə birgə mətbuat konfransında deyib.
Mirzoyan bildirib ki, İrəvan sülh müqaviləsi layihəsinin yalnız tərəflərin razılaşdırdığı mətndən ibarət növbəti redaksiya variantını Bakıya təhvil verib.
Erməni nazir qeyd edib ki, Ermənistan İrəvan və Bakı arasında artıq razılaşdırılmış mətni mümkün qədər tez imzalamağa hazırdır.
"Alma-Ata Bəyannaməsinə əsaslanan iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıdığı saziş, digər məsələlərlə yanaşı, Ermənistan və Azərbaycanın sərhədlərinin iki ölkə arasında mövcud olan sərhədlər olduğunu müəyyən edir", Ararat Mirzoyan vurğulayıb.