BAKI, 16 sentyabr — Sputnik. Fransa Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə COP29 Konfransına qədər Azərbaycanın Ermənistanla sülh danışıqlarını irəli aparmasını gözləyir. Bu barədə Fransanın Avropa və Xarici İşlər naziri Stefan Sejourne İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.
"Fransa iki ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında ədalətli və sabit sülh yaradacaq sazişin tezliklə imzalanmasının tərəfdarıdır" Sejurne qeyd edib.
Fransa da eyni prinsiplər əsasında dövlətlər arasında sərhədin delimitasiyası prosesini təşviq edir. XİN rəhbəri qeyd edib ki, Paris Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməli olduğuna inanır.
"Ermənistan sülh istəyir, beynəlxalq ictimaiyyət sülh istəyir, Azərbaycan tezliklə COP29-a ev sahibliyi edəcək, məncə, bu məsələdə səmimiyyətlə addım atmağı bacarmalıyıq", fransalı nazir deyib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanı sülh müqaviləsinin razılaşdırılmış müddəalarını imzalamağa, daha sonra isə qalan bəndləri müzakirə etməyə dəvət edib. Rəsmi Bakı bu yanaşmanın onlar üçün qəbuledilməz olduğunu bəyan edib.