ELM

Sabah Yer kürəsini güclü maqnit qasırğaları vuracaq

Sentyabrın 16-da güclü maqnit qasırğası ehtimalı 30%, sentyabrın 17-də 35% səviyyəsində qiymətləndirilir.
Sputnik
BAKI, 15 sentyabr — Sputnik. Güclü maqnit qasırğaları bazar ertəsi Yer kürəsini vuracaq və bu proses bütün gün davam edəcək.
Bu barədə Rusiya Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Məlumata görə, maqnit qasırğalarına sentyabrın 14-də günəşdə baş verən güclü partlayışı səbəb olub.
Sentyabrın 16-da güclü maqnit qasırğası ehtimalı 30%, sentyabrın 17-də 35% səviyyəsində qiymətləndirilir. Maqnitosfer yalnız çərşənbə axşamı günortadan sonra yenidən sakitləşəcək.
11.09.24, 23:26
Geomaqnit qasırğası olacaq, radiosiqnalların ötürülməsində kəsilmələr müşahidə edilə bilər
"Sentyabrın 12-13-də geomaqnit qasırğası olacaq, radiosiqnalların ötürülməsində kəsilmələr müşahidə edilə bilər". Bu barədə Sputnik Azərbaycan-a BDU-nun Astrofizika kafedrasından bildirilib.
Qeyd edilib ki, günəşdə davamlı olaraq baş verən M sinif (radiodalğaları əngəlləyən, yayılmasına mane olan) alışmalar hesabına Günəş aktivliyi yüksək səviyyəyə qalxıb.
"Günəşin şimal-qərb hissəsində sentyabrın 10-da baş verən tac kütlə atılması Yerdə sentyabrın 12-si günün ikinci yarısından başlayaraq 13-ü axşam saat 18:00 radələrinədək davam edən geomaqnit qasırğası yaradacaq. Bu tarixlərdə radiosiqnallarda, onların ötürülməsi və qəbulunda kəsilmələr müşahidə edilə bilər", - məlumatda bildirilir.
Qeyd olunur ki, hazırda geomaqnit sahə sakit və qeyri-stabildir.

"10 sentyabr tarixində baş vermiş tac kütlə atılmasının təsiri Yerdə 12-13 sentyabr tarixlərində özünü göstərəcək. Sentyabrın 12-si gecə geomaqnit qasırğanın səviyyəsi G1(mülayim), sentyabrın 13-ü səhər 08:00 radələrinədək G2 (orta), saat 20:00-dək G1 olacaq. Sonrakı müddətdə geomaqnit sahə sakit səviyyəyə qayıdacaq", - məlumatda qeyd olunub.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.