BAKI, 14 sentyabr - Sputnik. Sankt-Peterburqda Birləşmiş Mədəniyyətlərin X Beynəlxalq Forumu keçirilir.Tədbir çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyi ilə Dövlət Ermitajı arasında muzey işi və mədəni-tarixi irs obyektlərinin mühafizəsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə memorandum imzalanıb.
İncəsənət Muzeyinin direktoru Şirin Məlikova sənədin mahiyyəti barədə Sputnik-ə danışıb. Onun sözlərinə görə, burada bir neçə istiqamət var.
İncəsənət Muzeyinin direktoru Şirin Məlikova
© Sputnik / Kemale Aliyeva
Bunlardan biri Ermitajın muzeyimizdə saxlanılan Qərbi Avropa incəsənəti nümunələrinin atribusiyasına kömək etməsidir.
“Eksponatın atributu onun təsviri, onun haqqında tam məlumatdır - adı, icra texnikası, yaranma vaxtı, müəllifliyi, mənşəyi və s. Bundan başqa, memorandumda bərpa məsələləri üzrə məsləhətləşmələr, mütəxəssislərin təcrübə keçməsi, təcrübə mübadiləsi, o cümlədən Azərbaycanda Ermitaj Günlərinin keçirilməsi kimi layihələr də nəzərdə tutulub”, - deyə Məlikova bildirib.
Birləşmiş Mədəniyyətlərin X Sankt-Peterburq Beynəlxalq Forumu sentyabrın 14-dək davam edəcək. 2024-cü ildə forumun əsas mövzusu “XXI əsrin mədəniyyəti: suverenlik, yoxsa qlobalizm?"dir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.