BAKI, 12 sentyabr — Sputnik. Rusiyanın BRİKS-ə sədrliyi planı artıq 70%-dən çox yerinə yetirilib. Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
"İndiyədək sədrlik planının 70%-dən çoxu yerinə yetirilib, 150-yə yaxın tədbir, müşavirə, sənaye forumu keçirilib, ekspert və nazirlərin görüşləri keçirilib", - dövlət başçısı BRİKS və BRİKS plus dövlətlərinin təhlükəsizlik məsələlərinə cavabdeh olan şəxslərlə görüşündə deyib.
Rusiya lideri bildirib ki, 34 dövlət bu və ya digər formada BRİKS-in fəaliyyətinə qoşulmaq arzusunu ifadə edib.
"Bu gün 34 dövlət artıq bu və ya digər formada bizim assosiasiyamızın (BRİKS – red.) fəaliyyətinə qoşulmaq arzusunu ifadə edib" - Putin bildirib.
Rusiya prezidenti deyib ki, ölkəsi BRİKS çərçivəsində təhlükəsizlik məsələlərinə böyük diqqət yetirir.
Rusiya Federasiyasının 2024-cü ildə BRİKS-in sədri kimi fəaliyyəti assosiasiyanın yeni üzvlərinin sürətli inteqrasiyasına yönəldilib. Bu il BRİKS-in hazırkı sədri kimi Rusiya assosiasiya çərçivəsində birgə fəaliyyətin təşkilinə böyük məsuliyyətlə yanaşıb, bizim sədrliyimizə xüsusi bir missiya həvalə edilib: yeni üzvün ən sürətli və üzvi inteqrasiyasına hər cür şərait yaratmaq", - Putin qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.