BAKI, 12 sentyabr — Sputnik. Qərb Kiyev rejiminin Rusiya ərazilərinə Qərb silahları ilə zərbələr endirməsinə icazə verərək Ukraynadakı müharibəni ölkənin son sakininə qədər davam etdirməyə çalışır.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın "İzvestiya" nəşrinə müsahibəsində deyib.
Bir sıra Qərb ölkələrinin Kiyevə Rusiyanın ərazilərinə zərbələr endirməsinə icazə verilməsi barədə xəbərləri şərh edən siyasətçi vurğulayıb ki, bu yolla Qərb Ukraynanın son sakininə qədər mübarizəni davam etdirməyə çalışır.
"Bu, müharibəni sonuncu ukraynalıya qədər davam etdirmək cəhdidir", Peskov vurğulayıb.
Bu yaxınlarda Dmitri Peskov demişdi ki, Moskva ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinə (USQ) Qərb silahları ilə Rusiya Federasiyası ərazilərinə zərbələr endirməsinə icazə vermək qərarına cavab verəcək. Bununla yanaşı Rusiya prezidentinin mətbuat katibi deyib ki, bu qərar ABŞ-ın münaqişədə iştirakını artırır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.