CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Miqrantlarla bağlı qadağa Rusiyadakı azərbaycanlılara necə təsir edəcək?

Azər Allahverənov qeyd edib ki, Rusiya rəhbərliyi miqrantların iqtisadiyyata maksimum fayda gətirəcəyi bir şərait yaratmaq istəyir.
Sputnik
BAKI, 12 sentyabr — Sputnik. Rusiya Dövlət Duması əmək miqrantlarının ailələrini Rusiyaya gətirməsinə qadağa qoyulmasına dair təşəbbüsü hazırlayır.
"Miqrasiya Təşəbbüsləri Platforması" ictimai birliyinin sədri Azər Allahverənov hesab edir ki, Rusiyada miqrasiya siyasətinin sərtləşdirilməsi məcburi tədbirdir və bu, ilk növbədə, təhlükəsizlik məsələləri ilə bağlıdır.
"Məsələ Crocusdakı terror aktından sonra xüsusilə aktuallaşdı" – o, Sputnik Azərbaycan-la söhbətində qeyd edib.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və "Həyat" Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov
Onun fikrincə, digər mühüm cəhət miqrasiyanın iqtisadi komponentə təsirinin tənzimlənməsidir.
Allahverənov qeyd edib ki, Rusiya rəhbərliyi miqrantların iqtisadiyyata maksimum fayda gətirəcəyi bir şərait yaratmaq istəyir.
"Bu, miqrant əməyinin tam leqallaşdırılmasını, habelə qaydaların sərtləşdirilməsini nəzərdə tutur ki, bu da Rusiyada miqrantların sayının azalmasına səbəb olacaq" – o, hesab edir.
Bütün bunlar təbii ki, Azərbaycan vətəndaşlarına öz təsirini göstərəcək. Ekspert əlavə edib ki, sərhədi keçərkən və müvafiq icazələrin alınması zamanı yenilikləri nəzərə almaq lazım gələcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.