BAKI, 12 sentyabr — Sputnik. Pekin və Moskva bu gün dünyada çoxqütblülük prosesinin irəliləməsinin əsas hərəkətverici qüvvəsinə çevrilib.
Bunu Çin Xalq Respublikasının (ÇXR) xarici işlər naziri Van İ Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı deyib.
"Çin və Rusiya dünyada çoxqütblülük prosesini təşviq edən ən mühüm qüvvəyə çevrilib", nazir bildirib.
Vanq İnin sözlərinə görə, Pekin və Moskva arasında ikitərəfli əməkdaşlığın bütün aspektləri yeni nəticələr verir, həmçinin Çin və Rusiya xalqlarına daim fayda gətirir. Diplomat qeyd edib ki, Vladimir Putin və Si Cinpin ən yüksək səviyyədə ikitərəfli münasibətlərə strateji liderlik edir.
Bu yaxınlarda Vanq İ Moskva və Pekinin birqütblü hegemonluğu və kobud güc siyasətini tanımadığını söyləyib. ÇXR xarici işlər naziri vurğulayıb ki, Çin və Rusiya çoxqütblü dünyanı birlikdə təbliğ edir, həmçinin "BMT-nin özəyi olduğu beynəlxalq münasibətlər sistemini birlikdə inadla müdafiə edirlər".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.