RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Peskov: Ukraynanın enerji sisteminə zərbələr barədə dəqiq razılaşmalar olmayıb

Kreml nümayəndəsi vurğulayıb ki, qarşıya qoyulan məqsədlərə nail olmaq Rusiya üçün prioritet olaraq qalır.
Sputnik
BAKI, 11 sentyabr - Sputnik. Ukraynanın enerji infrastrukturuna zərbələr məsələsi ilə bağlı dəqiq razılaşmalar olmayıb. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində deyib.
Kreml rəsmisi izah edib ki, hazırda Kursk vilayətindəki vəziyyəti nəzərə alaraq hər hansı bir razılaşmanın müzakirəsini təsəvvür etmək çətindir. Kreml nümayəndəsi vurğulayıb ki, qarşıya qoyulan məqsədlərə nail olmaq Rusiya üçün prioritet olaraq qalır.

“Birincisi, heç bir dəqiq razılaşmalar olmayıb. Lakin bütün bunlarla yanaşı, bizim üçün bir daha əsas olan hədəflərimizə çatmaqdır”, - Peskov söyləyib.

Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Kursk vilayətində münaqişə başlamazdan əvvəl prezident Vladimir Putinin Türkiyənin enerji obyektlərinə hücumların dayandırılması təşəbbüsünü dəstəklədiyini bildirib. Lakin bir müddət sonra, Təhlükəsizlik Şurası katibinin vurğuladığı kimi, Kiyev belə bir razılaşmaya getməyəcəyini açıqlayıb.
“KP.RU” bu yaxınlarda qeyd edib ki, “Rosatom” dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçov Kursk AES-dəki vəziyyət barədə danışıb. Onun sözlərinə görə, hazırda stansiya normal rejimdə işləyir, lakin bununla bağlı yaxşı xəbər yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.