SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qonşularımıza mübahisələrin həllində kömək etməyə hazırıq - iranlı diplomat

İran Xarici İşlər Nazirliyinin rəis müavini də kommunikasiyaların açılmasının vacibliyini qeyd edərək, region dövlətlərinin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsinin vacibliyini vurğulayıb.
Sputnik
BAKI, 10 sentyabr — Sputnik. İran həmişə regionda sülh və təhlükəsizliyin tərəfdarı olub və bunu müdafiə edir. Bunu İrəvan Dialoqu beynəlxalq forumunda İslam Respublikasının xarici işlər nazirinin müavini Məhəmməd Həsən Şeyxülislami deyib.
Onun sözlərinə görə, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması kontekstində Tehran Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsinə yönəlmiş danışıqları alqışlayır və sülh sazişinin imzalanması prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayır.
"Biz qonşularımıza mümkün qədər tez bir zamanda mübahisələrin həllində kömək etməyə hazırıq, biz güclü və vahid regionun yaradılmasını dəstəkləyirik", iranlı diplomat bildirib.
İran Xarici İşlər Nazirliyinin rəis müavini də kommunikasiyaların açılmasının vacibliyini qeyd edərək, region dövlətlərinin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsinin vacibliyini vurğulayıb.
"Biz bəyan edirik ki, Cənubi Qafqaz xarici qüvvələrin rəqabət meydanına çevrilməməlidir", Həsən Şeyxülislami deyib.
XİN rəsmisi vurğulayıb ki, İran Ermənistan hökumətinin təklif etdiyi "Sülh kəsişməsi" layihəsinin əsasında dayanan prinsipləri, yəni ərazi bütövlüyü, suverenlik, qarşılıqlı etimad prinsiplərini dəstəkləyir.