BAKI, 10 sentyabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək iclasında iştirak etməyəcək, çünki ABŞ hazırda Rusiya liderinin səfərləri üçün ən yaxşı istiqamət deyil.
Bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov “RİA Novosti”yə deyib.
Kremlin rəsmi nümayəndəsi xatırladıb ki, son illər Vladimir Putin BMT-yə getmir. Üstəlik, Birləşmiş Millətlər Təşkilatının qərargah ölkəsi olan ABŞ öz öhdəliklərini ən yaxşı şəkildə yerinə yetirmir.
“Buna görə də, yəqin ki, bu səfərlər üçün yaxşı bir istiqamət deyil”, - Dmitri Peskov qeyd edib.
Bu yaxınlarda diplomat Rusiyada keçirilən vahid səsvermə gününün nəticələrini şərh edərkən qeyd edib ki, xaricdən bütövlükdə daxili siyasi landşaftımıza təsir göstərmək cəhdləri elektron və digər şəkildə davam edir.
Rusiya prezidentin mətbuat katibi onu da qeyd edib ki, Kreml Almaniya kansleri Olaf Şoltsun Ukraynadakı münaqişənin həlli ilə bağlı “sülh planı” haqda yalnız kütləvi informasiya vasitələrindən xəbər tutub.