DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Kim Çen In: KXDR Silahlı Qüvvələri nüvə silahından istifadə etməyə hazır olmalıdır

Şimali Koreya nüvə döyüş hissələrinin sayını artırmaq siyasətini həyata keçirir.
Sputnik
BAKI, 10 sentyabr - Sputnik. Koreya Xalq Demokratik Respublikası (KXDR) Silahlı Qüvvələri təhlükəsizlik maraqlarını qorumaq üçün istənilən vaxt nüvə imkanlarından istifadə etməyə hazır olmalıdır.
Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi ölkənin lideri Kim Çen Inın söylədiklərinə istinadən məlumat yayıb.
“Aydın nəticə ondan ibarətdir ki, KXDR-in nüvə imkanlarını diqqətlə təmin etmək və dövlətin təhlükəsizlik hüquqlarını qorumaq üçün ondan istənilən vaxt istifadə etməyə hazır olmaq lazımdır”, agentlik Şimali Koreya liderindən sitat gətirib.
Kim Çen Inın sözlərinə görə, Şimali Koreya hazırda “geometrik tərəqqidə nüvə döyüş hissələrinin” sayının artırılması siyasətini həyata keçirir. Eyni zamanda, ölkə lideri nüvə silahının özünümüdafiə üçün istifadə olunduğunu və başqalarına təhlükə yaratmadığını vurğulayıb.
2022-ci ildə KXDR hakimiyyəti nüvə silahı haqqında qanun qəbul edib. Qanun nüvə silahının xarici hücumlardan müdafiə məqsədilə profilaktik istifadəsinə icazə verib.
“Milli nüvə qüvvələrinin komandanlıq və nəzarət sistemi düşmən qüvvələrin hücumu təhlükəsi altında olarsa, avtomatik olaraq nüvə zərbəsi endirilsin”, - qanunda vurğulanıb.
Şimali Koreya Mərkəzi Xəbər Agentliyi bu yaxınlarda bildirib ki, KXDR öz nüvə potensialı ilə bağlı boş bəyanatlar vermir və ABŞ və Cənubi Koreya öz hərbi təxribatlarının bədəlini xatırlamalıdır.