BAKI, 9 sentyabr — Sputnik. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi uzun illər işğal altında qalan Xocalı azad olunduqdan sonra qısa müddət ərzində burada bərpa və yenidənqurma işlərini sürətlə davam etdirir.
Sputnik Azərbaycan "Azəriqaz"a istinadla xəbər verir ki, Birlik Xocalı sakinlərinin təbii qaza olan tələbatının dayanıqlı və fasiləsiz şəkildə təmin edilməsi üçün lazımi işlərin icra edir.
Onlar bir qış gecəsində amansız düşmənin güllə yağışı altında soyqırımına məruz qalıb, çoxsaylı şəhidlər verərək doğma yurdu tərk etməyə məcbur olmuşdular...Həmin dəhşətli gecədə ən doğmalarını itirən Xocalı sakinlərindən biri də Elmira Allahverdiyevadır. İndi isə şəhid qanı ilə müqəddəsləşmiş Xocalıda yeni həyata başlamaq üçün 32 il sonra qalib dövlətin vətəndaşı kimi geri qayıdırlar Xocalı sakinləri... Uzun illər işğal altında qalan Xocalı azad olunduqdan sonra qısa müddət ərzində burada bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi də Xocalı sakinlərinin təbii qaza olan tələbatının dayanıqlı və fasiləsiz şəkildə təmin edilməsi üçün lazımi işlərin icrasını davam etdirir.
Xocalıda sürtələ davam etdirilən bərpa və yenidənqurma işləri ilə bağlı hazırlanmış video-çarxı təqdim edirik:
https://www.youtube.com/watch?v=wIZlKtKShtw&t=194s