TƏHLİL

Ali məktəblərdə illik təhsilhaqqı niyə qaldırılıb? NK səbəbi açıqladı - Qiymət cədvəli

Ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki illik xərc təsdiq edilmiş illik təhsil xərclərinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və ya onun tabe olduğu qurum tərəfindən ödənilir.
Sputnik
BAKI, 9 sentyabr — Sputnik. Ali təhsil müəssisələrində illik təhsil xərclərinin miqdarının artırılmasının səbəbi açıqlanıb.
Nazirlər Kabinetindən bildirilib ki, ali təhsil müəssisələrində kadr hazırlığı dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə prinsipi ilə ayrı-ayrı ixtisaslar üzrə təsdiq olunmuş illik təhsil xərcinin miqdarına uyğun olaraq hesablanmaqla həyata keçirilir.
“Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarına əsasən ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə kadr hazırlığı üzrə müvafiq təhsil səviyyələrində hər bir təhsilalana müəyyən edilmiş təhsil xərclərinin miqdarında ötən 5 il ərzində artım olmayıb.
Bunu nəzərə alaraq, ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə kadr hazırlığı üzrə müvafiq təhsil səviyyələrində (bakalavriat, magistratura, doktorantura və tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində) hər bir təhsilalana müəyyən edilmiş təhsil xərclərinin miqdarında artımı nəzərdə tutan “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 6 sentyabr tarixli 405 nömrəli Qərarı hazırlanıb.
Ali məktəblərdə illik təhsil xərclərinin yeni miqdarı müəyyənləşib
"Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı" müəyyənləşib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı:

İxtisaslar

Hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı

(manatla)

1

2

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

2100

Biologiya müəllimliyi

2200

Coğrafiya müəllimliyi

2100

Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)

2100

Fizika müəllimliyi

2200

Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq

müəllimliyi

2100

İbtidai sinif müəllimliyi

2100

İnformatika müəllimliyi

2100

Kimya müəllimliyi

2200

Kimya və biologiya müəllimliyi

2200

Korreksiyaedici təlim

2100

Məktəbəqədər təhsil

2100

Musiqi müəllimliyi

2200

Riyaziyyat müəllimliyi

2200

Riyaziyyat və informatika müəllimliyi

2200

Tarix müəllimliyi

2100

Tarix və coğrafiya müəllimliyi

2100

Təhsildə sosial-psixoloji xidmət

2100

Təsviri incəsənət müəllimliyi

2100

Texnologiya müəllimliyi

2100

Xarici dil müəllimliyi (dillər üzrə)

2100

Beynəlxalq münasibətlər

2400

Dinşünaslıq

2400

Dövlət və ictimai münasibətlər

2400

Fəlsəfə

2400

Filologiya (dil və ədəbiyyat göstərilməklə)

2400

Hüquqşünaslıq

2400

İslamşünaslıq

2400

Jurnalistika

2400

Kitabxanaçılıq və informasiya fəaliyyəti

2400

Politologiya

2400

Psixologiya

2400

Regionşünaslıq (regionlar üzrə)

2400

Sosiologiya

2400

Tarix

2400

Tərcümə (dillər üzrə)

2400

Kommunikasiya və rəqəmsal media

2400

Aktyor sənəti

3500

Bədii yaradıcılıq və ekran dramaturgiyası

2500

Bəstəkarlıq

9000

Dekorativ-tətbiqi sənət (sahələr üzrə)

7000

Dirijorluq (sahələr üzrə)

9000

Dizayn (sahələr üzrə)

3000

Heykəltəraşlıq

7000

İnstrumental ifaçılıq (sahələr üzrə)

9000

Musiqişünaslıq

8200

Muzey, arxiv işi və abidələrin qorunması

2500

Operator sənəti

3500

Populyar musiqi və caz ifaçılığı (sahələr

üzrə)

5000

Qrafika

7000

Rejissorluq

4500

Rəngkarlıq

7000

Sənətşünaslıq (sahələr üzrə)

2500

Vokal sənəti (sahələr üzrə)

9000

Xoreoqrafiya sənəti (sahələr üzrə)

3500

Beynəlxalq ticarət və logistika

2100

Biznesin idarə edilməsi

2100

Davamlı inkişafın idarə edilməsi

2100

Dövlət və bələdiyyə idarəetməsi

2100

İqtisadiyyat

2100

Maliyyə

2100

Marketinq

2100

Menecment

2100

Mühasibat

2100

Statistika

2100

Biologiya

2500

Biotexnologiya

2500

Coğrafiya

2500

Ekologiya

2500

Fizika

2500

Geologiya

2500

Hidrometeorologiya

2500

Kimya

2500

Kompüter elmləri

2500

Mexanika

2500

Riyaziyyat

2500

Aerokosmik mühəndislik

2700

Aqromühəndislik

2500

Aviasiya təhlükəsizliyi mühəndisliyi

2700

Cihaz mühəndisliyi

2700

Dəniz naviqasiyası mühəndisliyi

2700

Ekologiya mühəndisliyi

2700

Elektrik və elektronika mühəndisliyi

2700

Energetika mühəndisliyi

2700

Gəmi energetik qurğularının istismarı

mühəndisliyi

2700

Gəmiqayırma və gəmi təmiri mühəndisliyi

2700

Geologiya və geofizika mühəndisliyi

2700

İnformasiya təhlükəsizliyi

2700

İnformasiya texnologiyaları

2700

İnşaat mühəndisliyi

2700

Kimya mühəndisliyi

2700

Kommunikasiya sistemləri mühəndisliyi

2700

Kompüter mühəndisliyi

2700

Logistika və nəqliyyat texnologiyaları

mühəndisliyi

2700

Maşın mühəndisliyi

2700

Materiallar mühəndisliyi

2700

Mədən mühəndisliyi

2700

Meliorasiya mühəndisliyi

2700

Memarlıq

2700

Metallurgiya mühəndisliyi

2700

Mexanika mühəndisliyi

2700

Mexatronika və robototexnika mühəndisliyi

2700

Mühəndis fizikası

2700

Neft-qaz mühəndisliyi

2700

Nəqliyyat mühəndisliyi

2700

Nəqliyyat tikintisi mühəndisliyi

2700

Proseslərin avtomatlaşdırılması mühən-

disliyi

2700

Qida mühəndisliyi

2700

Radiotexnika və telekommunikasiya

mühəndisliyi

2700

Şəhərsalma

2700

Sənaye mühəndisliyi

2700

Uçuş mühəndisliyi

2700

Yanğın təhlükəsizliyi mühəndisliyi

2700

Aqronomluq

2500

Bağçılıq və tərəvəzçilik

2500

Balıqçılıq

2500

Baytarlıq təbabəti

2500

Bitki mühafizəsi

2500

Meşəçilik

2500

Şərabçılıq

2500

Su bioehtiyatları və akvakultura

2500

Torpaqşünaslıq və aqrokimya

2500

Yerquruluşu və daşınmaz əmlakın kadastrı

2500

Zoomühəndislik

2500

Bədən tərbiyəsi və idmanda reabilitasiya

2500

Əczaçılıq

6000

Fizioterapiya və tibbi reabilitasiya

6000

İdman menecmenti və kommunikasiya

2500

Məşqçilik

2500

Ümumi fiziki hazırlıq

2500

Kütləvi-sağlamlaşdırıcı idman

2500

Adaptiv bədən tərbiyəsi

2500

Nəqliyyatda servis (nəqliyyat növləri üzrə)

2500

Sosial iş

2100

Tibb bacısı işi

6000

Turizm bələdçiliyi

2500

Turizm işinin təşkili

2500

Hərbi tibb

8000

Hərbi həkim işi

8000

Müalicə işi

8000

İctimai səhiyyə

5700

Stomatologiya

7000

Tibbi profilaktika

6000

Tibb

8000

Hərbi kompozisiya materialları mühəndisliyi

2500

Hərbi rabitə vasitələri mühəndisliyi

2500

Optotexnika mühəndisliyi

2500

Pirotexniki və partladıcı vasitələr mühən-

disliyi

2500

Sərhəd təhlükəsizliyi və idarəetmə

2500

Silah və silah sistemləri mühəndisliyi

2500

Sistemlər mühəndisliyi

2500

İctimai təhlükəsizlik və idarəetmə

2500

Dövlət təhlükəsizliyi və idarəetmə

2500

Qeyd: Ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki illik xərc təsdiq edilmiş illik təhsil xərclərinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və ya onun tabe olduğu qurum tərəfindən ödənilir.