BAKI, 8 sentyabr — Sputnik. Sentyabrın 8-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Sentyabrın 8-də kimlər anadan olub?
Sadıqcan (1846-1902) - Azərbaycan musiqiçisi, tarzən və bəstəkardır. O, tara cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. Tarzən həmçinin tarın pərdə tutma sistemini tamamilə dəyişdirib, onların sayını 28-dən 22-yə endirib.
Tofiq Ağababayev (1928) – Azərbaycanın xalq rəssamı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimidir. Tofiq Ağababayev monumental dekorativ-tətbiqi sənət, qrafika və boyakarlıq sahəsində əsərlər yaradıb.
Tofiq Ağababayev
© Photo : Public Domen
Hüseynağa Atakişiyev (1949-2006) – Azərbaycan aktyoru və teatr rejissoru, Azərbaycan Dövlət Gənclər Teatrının təsisçisi, bədii rəhbəri və direktoru, Azərbaycan SSR Əməkdar incəsənət xadimidir.
Hüseynağa Atakişiyev
© Photo : Public DOmen
Şirürəkli I Riçard (1157-1199) - İngiltərə kralıdır (1189-1199).
Şirürəkli I Riçard
© Photo : Public Domen
Rəsul Həmzətov (1923-2003) - tanınmış avar sovet şairi, yazıçısı, publisist, Rusiya ictimai-siyasi xadimi və tərcüməçidir. Onun əsərləri Rusiya və dünya xalqlarının onlarla dilinə tərcümə edilib.
Rəsul Həmzətov, arxiv şəkli
© Sputnik / Александр Поляков
Martin Friman (1971) - ingilis kinoaktyoru, "Emmi" və "BAFTA" mükafatları laureatıdır. O, "Şerlok, "Farqo" seriallarındakı roluna görə məhşurlaşıb.
Martin Friman
© AP Photo / Michael Sohn
Pink (1979) – amerkalı mügənni, mahnı müəllifi və aktrisadır. O, 2000-ci ilin əvvəllərində "Can't Take Me Home" albomunun buraxılmasından sonra məşhurlaşıb. Əsl adı isə Alişa Bet Murdur.
Pink
© AP Photo / Invision/Matt Sayles
8 sentyabr tarixində dünyada baş verən tarixi hadisələr
1380-ci ildə Kulikovo çölündə Dmitri Donskoyun komandanlığı altında olan Rusiya qoşunları ilə Qızıl Orda xanı Mamay xanın başçılıq etdiyi tatar ordusu arasında Kulikovo döyüşü olub. Döyüş tatar ordusunun məğlubiyyəti ilə başa çatıb.
1636-cı ildə ABŞ-da Harvard Universiteti qurulub.
1791-ci ildə Parisin Luvr muzeyində rəssamlar ilk dəfə öz rəsmlərini sərgiləyiblər.
1900-cü ildə qasırğa ABŞ-ın Texas ştatının Qalveston şəhərini dağıdıb.
1991-ci ildə Makedoniya Yuqoslaviyadan müstəqillik qazanıb.
1991-ci ildə Azərbaycanda tarixdə ikinci dəfə prezident seçkiləri keçirilib. Bu seçkilərdə yeganə namizəd Azərbaycan Kommunist Partiyasının namizədi Ayaz Mütəllibov olub və o, prezident seçilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.